Yumurtanı qaynadarkən KOBUD SƏHV:  Nazik bağırsağın iltihabı...
17 dekabr 2021 06:22 (UTC +04:00)

Yumurtanı qaynadarkən KOBUD SƏHV: Nazik bağırsağın iltihabı...

Yumurtaların qaynadılması prosesində əksər insanlar ən çox yayılmış kobud səhvə yol verirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bloqqer “TikTok” səhifəsində bildirib.

O, izləyicilərə yumurtanın qaynadılmasının tibbi baxımdan düzgün aparılması qaydasını izah edib.

“Əksəriyyət yumurtanı tez qaynasın deyə qaynar suya qoyub bişirir. Bu yanlışdır. Belə etdikdə yumurtanın mayası yaşıl rəngə çevrilir. Yəni nazik bağırsağın iltihabi xəstəliyinə (enterit) səbəb ola bilən dəmir sulfid meydana çıxır”. 

Bloqqerin sözlərinə görə, yumurta soyuq duzlu suya qoyulmalı, maksimum 8 dəqiqə qaynadılmalıdır. Qaynadıqdan sonra yumurtalar bir qazanda daha 5 dəqiqə saxlanılmalıdır. Sonra yenidən soyuq suya qoyulmalıdır: 

Yumurtalar düzgün bişirildikdə, mayası narıncı-sarı rəngdə olur ki, bu da orqanizm üçün daha faydalıdır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5775
avatar

Rəsul SARI

Oxşar yazılar