Rusiyanın Tümen vilayətində ağır yol qəzası olub.
Lent.az xəbər verir ki, bu barədə vilayət yol polisi idarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə Çelyabinsk-Kurqan-Omsk-Novosibirsk avtomobil yolunda qeydə alınıb.
Ağır tonnajlı yük maşını ilə minik avtomobili toqquşub.
Qəza nəticəsində iki nəfər ölüb.
Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.