Yük qatarı mikroavtobusla toqquşdu: ÖLƏNLƏR VAR  - YENİLƏNİB
04 sentyabr 2021 13:06 (UTC +04:00)

Yük qatarı mikroavtobusla toqquşdu: ÖLƏNLƏR VAR - YENİLƏNİB

0

Türkiyədə Təkirdağ şəhərinin Ergene rayonunda baş verən qəzada ölənlərin sayı artıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Edirneden Çerkezköy istiqamətinə gedən yük qatarının keçiddə mikroavtobusa çırpılması nəticəsində dünyasını dəyişənlərin sayı 6-ya çatıb.

Qəza nəticəsində 7 nəfərin yaralandığı bildirilir.

***

12:00

Türkiyədə Təkirdağ şəhərinin Ergene rayonunda faciəli qəza baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Edirneden Çerkezköy istiqamətinə gedən yük qatarı keçiddə mikroavtobusa çırpılıb.

Qatarın qarşısında bir müddət sürüklənən mikroavtobusda 4 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3208

Oxşar yazılar