Yeni Zelandiyada çobanlıq etdiyi sürüdən qoyunları oğurlayan erməni həbs edilib.
Lent.az xəbər verir ki, hadisənin üstü təsadüfən açılıb. 2 min başdan çox qoyunu olan fermer sevdiyi quzusu itdikdən sonra şübhələnərək sürünü saymaq qərarına gəlib və məlum olub ki, 50 baş qoyun əksikdir. Erməni çoban əvvəlcə hər şeyi inkar etsə də, polisdə əməlini etiraf edib. Buna səbəb isə təsadüfi polis reydi olub.
Eyni gündə polis şəhərkənarı həyət evlərindən birində kabab bişirən ərəbləri cərimələyib. Onlar qoyunu ermənidən aldıqlarını bildiriblər.
Məlum olub ki, erməni çoban qoyunları burada yaşayan ərəblərə satırmış. O, ərəbləri inandırmaq və qoyunları halal mal kimi sata bilmək üçün onları İslamı qəbul etdiyinə də inandırıb.
İltizam alınaraq azad edilən ermənini bir neçə il həbs və deportasiya gözləyir. Zelandiyaya 5 il əvvəl gəlmiş erməninin vətəndaşlıqla bağlı müraciəti də ləğv edilib.