İtalyan yazıçıların 1000-dən çox əlyazması oğurlanıb.
Lent.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Aparılan araşdırma nəticəsində şübhəli şəxs olan Filippo Bernardini saxlanılıb. O, məhkəmədə etdiyi əməli etiraf edib və oğurluğu həyata keçirmək üçün elektron rabitə vasitələrindən istifadə etdiyini də qeyd edib.
Filippo Bernardinin hələ nəşr olunmamış yüzlərlə əlyazmanı oğurladığı da məlum olub. Ədəbi mühitdə fırıldaqçı kimi tanınsa da, o, yalnız indi həbs edilib.
Məhkəmə zamanı fırıldaqçı 88 min dollar məbləğində təzminat ödəməyə razılaşıb. Həmçinin ABŞ qanunlarına görə onu 20 ilə qədər həbs gözləyir.
Filippo Bernardini