Yaralı ukraynalı əsgərlər Yaponiyaya göndəriləcək
22 may 2023 05:33 (UTC +04:00)

Yaralı ukraynalı əsgərlər Yaponiyaya göndəriləcək

Yaponiya tərəfi Ukraynaya 100 hərbi yük maşını və digər maşınlar, həmçinin Yaponiya Özünümüdafiə Qüvvələrinin hərbçilərinin istifadə etdiyi təxminən 30 min dəst ordu payı verəcək.

Lent.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Baş nazir Fumio Kişida bazar günü Xirosimada keçirilən danışıqlarda Ukrayna prezidenti Vladimir Zelenskiyə müvafiq vəd verib.

Hökumət başçısı həmçinin bildirib ki, Yaponiya yaralı Ukrayna əsgərlərini müalicə üçün qəbul etməyə başlayacaq.

Nazirlikdən bildirilib ki, baş nazir həmçinin Ukraynaya hərtərəfli dəstəyi, o cümlədən ölkənin infrastrukturunun bərpasına yönəlmiş dəstəyi davam etdirəcəyini vəd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1188
avatar

Oxşar yazılar