Yaponiyada sunami təhlükəsi elan edilib
02 dekabr 2023 23:23 (UTC +04:00)

Yaponiyada sunami təhlükəsi elan edilib

Filippində baş verən 2 güclü zəlzələdən sonra Yaponiya sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Lent.az-ın xəbərinə görə, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Sunami təhlükəsi və sahilyanı evakuasiya ilə bağlı xəbərdarlıqlara Okinava prefekturasındakı Miyako adaları, Sakit okean sahili və Yaponiyanın əsas adası Honsyu (Tokionun şərqindəki Çiba prefekturasına qədər) daxildir.

Departamentin məlumatına görə, dekabrın 3-də Honsyu adasının Sakit okean sahillərini vura biləcək dalğanın hündürlüyü bir metr olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3666
avatar

Oxşar yazılar