Londonun Luton hava limanında bütün uçuşlar ləğv edilib.
Lent.az xəbər verir ki, bu barədə Teleqraf qəzeti məlumat yayıb.
Buna səbəb hava limanının avtomobil parkında baş verən yanğın olub.
Yanğın hava limanının çoxmərtəbəli avtomobil dayanacağının sonuncu mərtəbəsində başlayıb. Hazırda yanğınla mübarizə davam edir.
Çoxsaylı partlayış səslərinin eşidildiyi bildirilir.
Dayanacaqda baş verən yanğın bina konstruksiyasının qismən dağılmasına səbəb olub.
Fövqəladə hallar rəsmiləri bildiriblər ki, tüstüdən bir mülki şəxs və altı yanğınsöndürən yaralanıb.
Uçuşların günortaya qədər təxirə salınacağı açıqanıb.