Xəzərdə qağayıların ölümünün SƏBƏBİ
03 iyul 2022 12:07 (UTC +04:00)

Xəzərdə qağayıların ölümünün SƏBƏBİ

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi Atırau vilayətidə quş qripinə qarşı 6,3 min doza vaksin ayırıb.

Lent.az-ın “sputnik.kz” saytına istinadən verdiyi xəbərə görə, iyunun sonlarında Xəzərdə DS-04 və DS-01 süni adalarından 78 km uzaqlıqda 1000-dən çox ölmüş qağayı aşkarlanıb.

Laboratoriya analizi zamanı nümunə üçün götürülmüş iki qağayıda quş qripi aşkarlanıb. Nümunələr yenidən laboratoriya analizi üçün Böyük Britaniyadakı laboratoriyaya göndərilib.

Qazaxıstanda ayrılan 6 291 doza vaksin təhlükəli zonadakı ev quşlarının peyvəndlənməsi üçün istifadə ediləcək.

Ümumilikdə, 2022-ci il ərzində 16 370 180 ev quşuna quş qripinə qarşı vaksin vurulması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3669
avatar

Oxşar yazılar