Rusiyanın Yaroslavl Klinik Xəstəxanasında bədbəxt hadisə baş verib.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ağır vəziyyətdə xəstəxananın
Yaroslavldakı bir klinik xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliən 3 COVİD xəstəsi dünyasını dəyişib.
Hadisəyə səbəb şöbədə baş verən yanğın olub. Yanğın zamanı tibb işçiləri alovun qarşısını tez almaq məqsədilə ventilyasiya sistemini bağlayıblar. Bu zaman xəstələrin üçü də oksigent çatışmazlığından dünyasını dəyişib.
Fövqəladə Hallar Nazirliyinin regional idarəsi tərəfindən yanğın hadisəsi təsdiqlənsə də, ölüm faktını ilə bağlı məlumat verilməyib.