Hindistanın Baqalkot şəhər xəstəxanasının cərrahları qəribə halla rastlaşıblar.
Lent.az 7sur7 saytına istinadla xəbərinə görə, mədə ağrılarından şikayət edən pasient rentgen müayinəsindən keçirilərkən yad cisimlər aşkar edilib.
Dərhal əməliyyata götürlən xəstənin mədəsindən iki yüzədək sikkə çıxarılıb. Əməliyyatlardan sonra xəstə özünü normal hiss edir. Onun sikkələri udmasının səbəbi məlum deyil.