Zorladığı uşaqların ətini yeyən homoseksual manyak - DOSYE-FOTOLAR
02 may 2018 11:42 (UTC +04:00)

Zorladığı uşaqların ətini yeyən homoseksual manyak - DOSYE-FOTOLAR

 

Onun haqqında “Quzuların səssizliyi” adlı bir film çəkilib. Film Albertin “imza”sını atdığı yüzdən çox cinayətdən bəhs edir.

 

Cinsi azlıq nümayəndəsi olan Albert Fiş 66 yaşında cinayətlərini törətdiyi şəhərdə - Nyu-Yorkda edam cəzasına məhkum olunur. Buna qədər o, tam 103 cinayət törədə bilmişdi.

 

“Qaradərili qorxusu”...

Albert beş yaşında atasını itirir. Sonra kasıb anası baxa bilmədiyi üçün altı yaşlı Alberti uşaq evinə vermək məcburiyyətində qalır. Çox keçmir, Albert orada verilən dözülməz işgəncələrə görə uşaq evindən qaçır. Günlərin bir günü anası ilə evə qayıdarkən bir “qaradərili manyak” tərəfindən zorlanır. Manyak əvvəlcə anasını, sonra 8 yaşlı Alberti zorlayır. Bu hadisə onun psixoloji problemlərinin yaranmasına gətirib çıxarır. Qaradərili insanlardan qorxmağa, gecələr yuxuda sayıqlamağa başlayır. Anasının xahişi ilə Albert Fiş kilsəyə gedir, ibadətlə məşğul olmağa başlayır. Sonra kilsədən uzaqlaşır. Təkliyə qapılır.

 

İlk cinayət...

Albert ilk cinayətini 1910-cu ildə törədir. Əsasən kiçik və köməksiz qaradərili qız uşaqlarını hədəf alan Albertin ilk qurbanı da qaradərili qızcığaz olur. O, Cani Mey adlı qızcığazı əvvəlcə zorlayır, sonra boğaraq qətlə yetirir. Hirsi soyumur. Qızın qollarını kəsir və ətini bişirib yeyir. O, sonralar bu yolla içindəki “qaradərili qorxusunu” yoxa çıxarmağa çalışdığını bildirmişdi.

 

Dəyişən cinayət metodu...

Sonralar Fiş cinayət metodunda dəyişikliklər edir. O, qurbanlarını zorladıqdan sonra budlarından kəsir.  Kəsdiyi hissəni qanlı-qanlı tavada qızardır və qurbanlarının özlərinə yedizdirir. Fİş körpə və yeniyetmə qaradərililəri öldürürdü.  Albert Fiş istintaqa ifadəsində “dünyanı pis ruhlardan təmizlədiyini” bildirmişdi. O, silsilə cinayətlərini “tanrının buyruğu ilə etdiyini” də deyirdi.

 

Qurbanlarının ailələrinə məktublar...

Məhkəmədə 103 nəfəri vəhşicəsinə qətlə yetirdiyini etiraf edən Fiş hər bir ailəyə qızlarını necə öldürməsi ilə bağlı uzun-uzadı məktublar yazırmış. Bununla da qatil öldürdüyü qızcığazların ailələrinə ikinci şoku yaşadırmış. O, məktubları isə qorxu və şok effektləri altında hələ öldürmədiyi qurbanlara yazdırdığını məhkəmədə etiraf edir. Albert Fişə “məşhurluq” gətirən cinayət isə  Bukk ailəsinin üç qızını bir gün ara ilə öz evinə gətirərək zorlaması olur. O, bacılara təcavüz etdikdən sonra ətlərini bir-birinə yedizdirir. Bu onun son cinayəti kimi tarixə düşür.

 

Edam qərarından həzz alan manyak...

Məhkəmə Albert Fişə edam cəzası oxuyarkən cani bu qərardan həzz aldığını elə salondaca bağıraraq dilə gətirir. “Ümid edirəm ki, ölümüm də bu cür maraqlı olacaq və həzz alacağam. Çünki indiyə kimi dadmadığım həzzdir. Əgər ölümümdən razı qalmasam, sizə lənət oxuyacağam”.

 

Dünyanın 10 ən qatı cinayətkarı siyahısına daxil olmuş Albert Fiş 16 yanvar 1936-cı ildə elektrik stoluna oturdulur və edam edilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344
avatar

Tural TURAN

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35