ABŞ-ın Merilend ştatında ov zamanı maraqlı hadisə yaşanıb.
Lent.az-ın “trend”ə istinadən xəbərinə görə, 51 yaşlı ovçunun vurub öldürdüyü qaz onun başına düşüb.
Hadisə nəticəsində ovçu huşunu itirib, üz və baş nahiyəsindən xəsarət alıb. Bundan əlavə, onun iki dişi sınıb.
Ovçu xəstəxanaya çatdırılıb. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.