Ukrayna ordusu Donetsk hava limanını tərk edib
22 yanvar 2015 10:20 (UTC +04:00)

Ukrayna ordusu Donetsk hava limanını tərk edib

Ukrayna hərbçiləri uzunmüddətli döyüşlər və bombardmanlar nəticəsində xarabalığa çevrilmiş Donetsk hava limanını tərk edib.

 

APA-nın xəbərinə görə, bu barədə “Azov” könüllülər batalyonunun “Facebook” səhifəsində məlumat verilib. “Ukrayna döyüşçüləri cəmi bir il əvvəl gözəl və müasir aeroport olan Donetsk hava limanını tərk etməyə məcbur olublar. Qəhrəmanlıq epopeyası 242 gün davam edib. Bu, Böyük Vətən müharibəsində Stalinqrad və Moskvanın müdafiəsi müddətindən daha çoxdur”, - deyə açıqlamada bildirilir.   

 

“Censor.net” saytının baş redaktoru Yuri Butusov da məlumatı təsdiqləyib: “Yeni və köhnə terminal, dispetçer qülləsi və müdafiə üçün dayaq məntəqəsi rolunu oynayan nə varsa, hamısı məhv edilib. Aeroport birbaşa atəş altındadır və yeni terminalın xarabalıqlarının sağ qalan son müdafiəçiləri yalnız bu gün oranı tərk ediblər”.

 

Y. Butusov yeni terminalın mühasirə həlqəsini yarmaq üçün uğursuz əməliyyatlar təşkil edən Baş Qərargah rəisi Viktor Mujenkonu ittiham edib. O, bu barədə Baş Prokurorluğa müraciət edəcəyini söyləyib.

 

Qeyd edək ki, Donetsk hava limanı ətrafındakı bir neçə kənd hələlik Ukrayna ordusunun nəzarətində qalır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23