Ukrayna Krımla bağlı NATO-ya müraciət edə bilər
27 fevral 2014 16:34 (UTC +04:00)

Ukrayna Krımla bağlı NATO-ya müraciət edə bilər

Əgər Krımda Rusiya xüsusi təyinatlılarının olduğu təsdiqlənsə, Ukrayna NATO-ya müraciət edəcək.


 

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu parlament kuluarlarında Ukrayna baş nazirinin I müavini postuna namizəd olan Vitali Yarema deyib.

 

“Ümid edirəm ki, Krımda olanlar rusiyalı xüsusi təyinatlılar deyil. Çünki əgər onların rusiyalı xüsusi təyinatlılar olduğu təsdiqlənsə, bu, artıq xarici dövlətin təcavüzü kimi qiymətləndiriləcək və nəticədə NATO-ya müraciət olunacaq. Ümid etmək istərdim ki, Krımda tezliklə zərərsizləşdirə biləcəyimiz hansısa cinayət qruplaşması fəaliyyət göstərir”, - deyə o vurğulayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758
avatar

Oxşar yazılar