Türkiyəyə Suriyadan topla atəş açıldı: ölənlər var
Türkiyə ordusunun Suriyanın şimalında hərbi əməliyyatlara başlamasından sonra terrorçular Türkiyə ərazisini top atəşinə tutub.
APA-nın yerli bürosunun xəbərinə görə, Suriyanın Haseke vilayətində PKK/YPG terrorçuları tərəfindən Mardin vilayətinin Qızıltəpə rayonuna top mərmiləri atılıb.
Nəticədə 2 nəfər Türkiyə vətəndaşı şəhid olub, 12 nəfər isə yaralanıb.
968