Türkiyəli diplomatlara hücum edən terrorçulardan biri məlum oldu
19 iyul 2019 04:15 (UTC +04:00)

Türkiyəli diplomatlara hücum edən terrorçulardan biri məlum oldu

 
 
 
 
İraq təhlükəsizlik qüvvələri Ərbil şəhərində Türkiyəli diplomatlara hücumda şübhəli bilinən 3 nəfərdən birinin kimliyini açıqlayıb.
 
APA-nın Türkiyə bürosunun məlumatına görə, Ərbil Polis İdarəsi hücum
edənlərdən birinin fotosunu yayaraq, onun 27 yaşında Diyarbəkirdə doğulan Məzlum Dağ adlı şəxs olduğunu bildirib.
 
Rəsmən bildirilməsə də, həmin şəxsin PKK terror təşkilatının üzvü olduğu ehtimal edilir. Digər iki şəxsin kimliyi və bu terroun arxasında hansı qüvvələrin dayandığı araşdırılır.
 
Qeyd edək ki, dünən İraqın Ərbil şəhərindəki restoranların birində Türkiyə Baş konsulluğunun əməkdaşlarına silahlı hücum olub. Baş konsulluğun əməkdaşı
Osman Köse və digər iki İraq vətəndaşı vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451
avatar

Oxşar yazılar