İraqda diplomatlara edilən silahlı hücumla bağlı rəsmi məlumat yayıldı - YENİLƏNİB
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ərbil şəhərindəki Baş konsulluğun əməkdaşlarına edilən silahlı hücumla bağlı açıqlama yayıb.
XİN-dən APA-nın yerli bürosuna verilən məlumata görə, silahlı hücum nəticəsində Baş konsulluğun bir nəfər əməkdaşı öldürülüb.
Qeyd olunub ki, terror aktını törədənlərin tapılması istiqamətində İraq rəsmiləri ilə danışıqlar aparılır.
****
saat 16:38
İraqın Ərbil şəhərində restorana silahlı hücum olub.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun bir əməkdaşı öldürülüb.
Hücumun təfərrüatı hələlik məlum deyil.
861