Türkiyədəki şaxtada baş vermiş faciə ilə bağlı 8 nəfər saxlanıldı
08 noyabr 2014 22:25 (UTC +04:00)

Türkiyədəki şaxtada baş vermiş faciə ilə bağlı 8 nəfər saxlanıldı

Türkiyənin Karaman vilayətində kömür mədəninin uçması ilə bağlı  8 nəfər saxlanılıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.  

 

Xatırladaq ki, Karaman vilayətinin Ermenek şəhəri yaxınlığındakı kömür mədənində uçqun oktyabrın 28-də baş verib. Su borusunun zədələnməsi səbəbindən baş vermiş uçqun nəticəsində 18 şaxtaçı yerin altında qalıb. Noyabrın 6-da 2 şaxtaçının meyitini uçqun altından çıxarmaq mümkün olub. Axtarış işləri davam etdirilir.

 

“Baş prokuror bizə saxlanılanlar arasında şaxtanın sahibi, onun iki şəriki və texniki şöbənin 5 əməkdaşının olduğunu bildirib”, deyə T.Yıldız bildirib.  Nazirin sözlərinə görə, şaxtanın su altında qalmasına səbəb qazıntı işlərinin su ilə dolu köhnə şaxtanın həddindən çox yaxınlığında (6-7 metrlikdə) aparılması olub.

 

“Bu, şaxtanın texniki personalının yol verdiyi səhvdir. Onlar işçilərin xəbərdarlıqlarına məhəl qoymayaraq onlara köhnə şaxtanın 50-60 metr aralıda olduğunu inandırmağa çalışıblar”, deyə nazir əlavə edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532
avatar

Oxşar yazılar