Suriyadan atılan top mərmisi Türkiyədə bir otelə düşüb.
APA-nın Tükiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün saat 16:40 radələrindəSuriyadan atılan top mərmisinin Kilisdə bir otelin 4-cü mərtəbəsinə düşməsi nəticəsində otelin pəncərələrinin şüşələri sınıb.
Polis olayla bağlı araşdırmaya başlayıb. Top mərmisinin otelə düşməsi nəticəsində ölən və yaralanan olmayıb.