
Türkiyədə ikinci Əminə Bulud faciəsi yaşana bilər
“Qadına şiddətin son ünvanı İstanbul oldu”.
Lent.az-ın məlumatına görə, Türkiyə mediasında bu başlıqda xəbər yayılıb.
Bildirilir ki, 23 yaşlı gənc qız C.G sosial şəbəkə hesabından paylaşım edərək, anasının və 15 yaşlı qardaşının atası tərəfindən bıçaqla hücuma məruz qaldığını bildirib: “Anamı itirmək istəmirəm. Vəziyyəti ağırdır. O adam bir də gəlsə, özümüzü qorumaq gücündə deyilik. Onun cəza çəkməsini istəyirik”, - paylaşımda yazılıb.
Məlumata görə, anasının 7 il əvvəl boşandığı atası S.G sərxoş halda evlərinin qabağına gələrək su istəyib. 15 yaşlı B.G də bir stəkan su götürüb atasına aparıb. Atası suyu içdikdən sonra stəkanı uşaqğın başında sındırıb.
Anası ilə birgə qardaşını xəstəxanaya apardıqlarını deyən C.G atalarının da onların arxasınca gəldiyini bildirib. Onun sözlərinə görə, atası xəstəxanada anasının qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Ən acınacaqlısı odur ki, xəstəxanada hadisənin görüntüləri silinib.
Sosial şəbəkədə məlumatı paylaşan 23 yaşlı qız C.G bunları deyib: “Anam 4 gündür komadadır. Heç nə yemir, su belə qadağandır. Atam əvvəllər də dəfələrlə anamı yaralayıb, şiddət göstərib. Atama gecə saat 9-dan səhər 7-dək evdən çıxmaq qadağandır. Amma gecə saat 1-də gəldi evimizin qabağına. Anamın da Əminə Bulud kimi öldürülməsini istəmirik”.
Qeyd edək ki, bir müddət öncə Türkiyədə mağazaların birində dəhşətli qətl baş vermişdi. Əminə Bulud adlı ortayaşlı qadın boşandığı əri tərəfindən boğazı kəsilərək öldürülmüşdü. Hadisəyə hətta ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da sərt reaksiya vermişdi.
Mehman Nəbiyev
Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09