Türkiyədə fabrik yanıb.
Lent.az-ın "musavat.com"-a istinadən məlumatına görə, hadisə Düzce rayonunda baş verib. Verilən məlumata əsasən, tüstüdən zəhərlənən 5 işçi xəstəxanaya çatdırılıb. Yanğın silkon istehsal edən fabrikdə meydana gəlib və alovlar qısa müddətdə böyük bir ərazini əhatə edib. Hadisə yerinə gələn yanğınsöndürənlər 1 saata yaxın müddətdə yanğını söndürməyə nail olublar.
Yanğının səbəbi hələ ki, məlum deyil. Zəhərlənən işçilərin həyati təhlükəsinin olmadığı bildirilir.