Türkiyədə daha bir canlı bomba özünü partlatdı
16 oktyabr 2016 18:12 (UTC +04:00)

Türkiyədə daha bir canlı bomba özünü partlatdı

Bu gün Türkiyənin Qaziantep şəhərində növbəti antiterror əməliyyatı keçirilib.

 

AP-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şəhərin Burak məhəlləsində bir binada İŞİD terror təşkilatının Qaziantep rayonu üzrə məsul şəxs olan, rayonda terror aktlarını planlaşdıran və canlı bomba hücrələrini idarə edən Mehmet Kadir Sabel zərərsizləşdirilib.

 

Terrorçu qaçmaq şansı olmadığını görərək üzərindəki partlayıcı qurğunu işə salıb.  Partlayış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları arasında tələfat, yaralı olub-olmadığı barədə hələ açıqlama verilməyib.

 

M. K. Cebelin həyat yoldaşı və iki övladı sağ yaxalanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319
avatar

APA Baycan

Oxşar yazılar