Türkiyədə 20 yeni universitet açılacaq
17 may 2018 17:02 (UTC +04:00)

Türkiyədə 20 yeni universitet açılacaq

Türkiyə Böyük Millət Məclisinin (TBMM) hazırladığı “yetki” qanununa müvafiq olaraq ölkədə dövlət hesabına 20 yeni ali təhsil ocağı açılacaq. 

 

Lent.az Sözcü-yə istinadən bildirir ki, artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 20 yeni universitetin açılması ilə bağlı sərəncam imzalayıb. Ərdoğan həm də TBMM-nin qəbul etdiyi qanunun icrası ilə bağlı əlavə göstərişlər verib.  

 

Qeyd edək ki, Ərdoğanın göstərişi ilə bir müddət əvvəl ölkədə xeyli sayda universitet fəaliyyətini dayandırmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar