Türkiyə ordusundan Suriyadakı terrorçulara daha bir zərdə
Suriyanın şimalındakı Rasulaynda YPG/PKK teror təşkilatına məxsus olan böyük miqdarda silah və sursatın olduğu anbar ələ keçirilib.
Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin Twitter səhifəsində məlumat yayılıb.
Bildirilir ki, Suriyanın Rasulayn rayonunda davam edən əməliyyat-axtarış tədbirləri zamanı terror təşkilatı YPG/PKK-ya aid böyük miqdarda silah və sursatın olduğu anbar ələ keçirilib.
Nazirliyin yaydığı fotoda anbarda kamuflaj, hücum jileti, hərbi materiallarla yanaşı, ağır silahlara məxsus sursatlar olduğu görünür.
1231