
Türkiyə ilə Yunanıstan arasında "F-16" QALMAQALI
Yunanıstanın baş naziri Aleksis Tsipras Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələrin Egey dənizindəki adalarda Yunanıstanın müstəqilliyinin ildönümü münasibətilə keçirilən tədbirlərə qatılmasına mane olmağa cəhd etdiyini iddia edib.
ONA Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Türk Ordusuna məxsus “F-16”ların onun istifadə etdiyi helikopterin hərəkətinə maneə yaratdığını deyib.
Türkiyə təhlükəsizlik orqanları isə bu iddianı təkzib edib. Yayılan məlumatda bildirilib ki, “F-16”lar normal uçuş yerinə yetirib. Baş nazirin helikopterinin uçuşunu əngəllmək cəhdi olmayıb: “Hava sərhədlərimizi pozan qırıcılara Yunanıstan təyyarələri müdaxilə edənə qədər bizim təyyarələrimiz alçaqdan uçuş həyata keçirib”.
Oxşar yazılar

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53