Türk polisi 10 İŞİD üzvünü tutdu
Ankara Polis İdarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən Türkiyəyə qaçaq yollarla gələn 10 nəfər şübhəli şəxs saxlanılıb.
APA-nın yerli bürosunun Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, saxlanılan şəxslərin İŞİD terror təşkilatı ilə əlaqələrinin olduğu müəyyən edilib.
Şübhəlilərin deportasiya olunmaq üçün Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinə təhvil veriləcəyi bildirilib.
Bundan başqa, Ankara Baş Prokurorluğunun istintaqı əsasında 8 Türkiyə vətəndaşının “Heyət Təhrir əş-Şam”ın (HTŞ) üzvü olması müəyyən edilib və onların həbsinə qərar verilib.
663