Tunisdə prezident seçkilərinin ikinci turu keçirilir
13 oktyabr 2019 13:19 (UTC +04:00)

Tunisdə prezident seçkilərinin ikinci turu keçirilir

Bu gün Tunisdə prezident seçkilərinin ikinci turu keçirilir.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə səsvermə hüququna malik 7 milyondan çox seçici var.
 
İkinci turda Konstitusiya hüququ üzrə professor Kais Səid və mediamaqnat Nabil əl-Kauri mübarizə aparır. Seçki məntəqələri yerli vaxtla saat 18.00-da bağlanacaq. Exit-pollun nəticələri də səsvermə başa çatdıqdan sonra dərhal elan ediləcək.
 
Seçkilərin yekun nəticələri oktyabrın 21-nə qədər açıqlanacaq.
 
Qeyd edək ki, Tunisdə növbədənkənar prezident seçkilərinin birinci turu sentyabrın 15-də keçirilib. Növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbi 92 yaşlı dövlət başçısı Əl-Baci Qaid as-Sebsinin vəfat etməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Oxşar yazılar