Tunisin su hövzəsində qeyri-qanuni yolla Avropaya getməyə çalışan suriyalı miqrantlara məxsus olduğu bildirilən gəmi batıb.
Lent.az Anadolu Agentliyinə istinadən bildirir ki, gəminin batması nəticəsində 46 miqrant dünyasını dəyişib. Ölənlərin əksəriyyətinin qadınlar və uşaqlar olduğu bildirilir.
İçərsində təxminən 180 nəfər olan gəmidən 68 nəfəri xilas etmək mümkün olub. Digər miqrantların isə itkin düşdüyü vurğulanıb.