ABŞ-ın Havay ştatı məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb.
APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, qərar ştat rəhbərliyinin müvafiq sorğusu əsasına hakim Derrik Uotson tərəfindən çıxarılıb.
Fərman martın 16-dan bütün ölkə üzrə qüvvəyə minməli idi. Havay məhkəmə vasitəsilə Trampın fərmanını ləğv etməyə cəhd edən ilk ştat olub.
Martın 6-da ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub. Bununla yanaşı, İraqın adı siyahıdan çıxarılıb. Əvvəlcədən viza alan və ikili vətəndaşlığa malik olan şəxslərin isə ABŞ-a daxil olmasına icazə verilib.