Tramp və Ərdoğan telefonla danışdı - YENİLƏNİB
24 noyabr 2017 18:00 (UTC +04:00)

Tramp və Ərdoğan telefonla danışdı - YENİLƏNİB

0

 

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, liderlər Yaxın Şərq regionunda sülhün təmin bərqərar edilməsinə dair müzakirələr aparıblar.

 

Danışıqların detallarının bir azdan açıqlanması gözlənilir.

 

**

 

17:20

 

Bu gün ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanarasında telefon danışığı olacaq.

 

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp şəxsi “Twitter” səhifəsində yazıb. O bildirib ki, türkiyəli həmkarı ilə  telefon danışığı zamanı Orta Şərq regionunda sülhün təmin edilməsi məsələsini müzakirə edəcəklər.

 

ABŞ-ın Orta Şərqə müdaxiləsinin əvvəldən yanlış olduğunu söyləyən D. Tramp deyib ki, bu, trilyonlarla dollar vəsait və çoxlu sayda insan itkisinə səbəb oldu: “Orta Şərqdə üstümdə qalan bu problemi həll edəcəyəm, amma 6 trilyon və canlar itirməyimiz səhv idi”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar