ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın şərqindəki vəziyyəti normallaşdıracağını və Krımı bu ölkəyə qaytaracağını gözləyir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.
Onun sözlərinə görə, İŞİD də daxil olmaqla, bir çox problemləri həll etmək üçün Tramp, əvvəlki administrasiyadan fərqli olaraq, Rusiya ilə münasibətlərin yoluna düşməsini istəyir.