Tramp İrana qarşı sanksiyaları uzatdı
07 noyabr 2017 01:32 (UTC +04:00)

Tramp İrana qarşı sanksiyaları uzatdı

ABŞ prezidenti Donald Tramp 1979-cu ildə İrana qarşı birtərəfli qaydada tətbiq edilmiş sanksiyaların müddətini daha bir il uzadıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.   

 

 “ABŞ-İran münasibətləri indiyədək normallaşmayıb. Amerika lideri bununla əlaqədar 12170 saylı fərmanla İrana qarşı tətbiq edilmiş fövqəladə vəziyyət rejimini uzatmaq qərarına gəlib”, - deyə  şərhdə qeyd olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284

Oxşar yazılar