Tramp: Si Tsinpinlə görüş çox çətin olacaq
31 mart 2017 05:19 (UTC +04:00)

Tramp: Si Tsinpinlə görüş çox çətin olacaq

0

 ABŞ prezidenti Donald Tramp  Çinin sədri Si Tsinpinlə keçiriləcək görüşün çox çətin olacağını bildirib.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Tramp “Twitter” səhifəsində yazıb.

 

“Böyük ticarət çatışmazlığı və iş yerlərinin itirilməsinin qarşısının alınması baxımından gələn həftə Çinlə keçiriləcək görüş çox çətin olacaq. Amerika şirkətləri alternativ vasitələr axtarmağa hazır olmalıdırlar”, - deyə Tramp bildirib.  

 

Qeyd edək ki, Tramp seçkiqabağı kampaniya zamanı Çini ABŞ istehsalçıları üçün əlverişsiz olan valyuta və iqtisadi siyasətinə görə dəfələrlə sərt tənqid edib.    

 

 

Tramp-Si Tsinpin görüşünün 6-7 aprel tarixlərində baş tutacağı planlaşdırılıb. 

Tramp: Si Tsinpinlə görüş çox çətin olacaq  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar