ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun yürütdüyü miqrasiya siyasəti immiqrantların özlərinə kömək olacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Trampın ölkədəki vəziyyətə dair Konqresdə səsləndirəcəyi nitqindən dərc olunan çıxarışında bildirilir.
“Amerikalı işçilərin və amerikalı ailələrin maraqlarına əsaslanan miqrasiya siyasəti aparılarkən çətinliklərlə üzləşən immiqrant rayonlarına yardım göstəriləcək”, - deyə Trampın nitqindən çıxarışda bildirilir.