“ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələrdə kiberhücumlar törədir”.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Donald Tramp bəyan edib.
“Düşünürəm ki, son hücumlar Rusiya tərəfindən həyata keçirilib. Lakin ABŞ-a qarşı digər ölkələr və şəxslər də kiberhücumlar törədir”, deyə D.Tramp bildirib.
O həmçinin qeyd edib ki, Rusiya tərəfi ilə münasibətlərin yaxşılaşdırılmasını müsbət amil kimi qiymətləndirir: “Misal üçün, Rusiya bizə İŞİD-lə mübarizədə kömək edə bilər. Əgər Putinin Trampdan xoşu gəlirsə, bu nöqsan yox, üstünlükdür. Ümid edirəm ki, biz dost olacağıq, buna şanlarımız az deyil”.
Donald Tramp mətbuat konfransında biznesinin gələcəkdə necə idarə olunması ilə də bağlı məlumat verib: “İki oğlum şirkətləri idarə edəcək və onlar mənimlə heç bir məsələni müzakirə etməyəcəklər”.