ABŞ dövlət katibi Reks Tillerson martın 30-da Türkiyəyə səfər edəcək. APA-nın “Haberturk”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
Məlumata görə, səfər çərçivəsində R.Tillersonun prezident Rəcəb Tayyip Ərdoğan və XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşləri planlaşdırılıb.