ABŞ-ın yeni dövlət katibi Reks Tillerson Avropa diplomatiyasının rəhbəri Federika Mogerini ilə ilk görüşünü keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin məlumatında bildirilir.
Görüşün qapalı olduğu bildirilir, danışıqların təfərrüatları açıqlanmır.
“Biz birgə uğurlu əməkdaşlığımız davam etdiriləcək” , - deyə görüşdən əvvəl Mogerini jurnalistlərə bildirib.
Görüşdən sonra Mogerini “Twitter”də görüşün müsbət olduğunu bildirib. “Biz Suriya, Ukrayna və bir çox digər məsələlər üzrə Aİ-ABŞ əməkdaşlığını davam etdirəcəyik”, - deyə Mogerini bildirib.