Tillerson-Mogerini görüşünün təfərrüatları
10 fevral 2017 06:48 (UTC +04:00)

Tillerson-Mogerini görüşünün təfərrüatları

Avropa diplomatiyasının rəhbəri Federika Mogerini və ABŞ-ın yeni dövlət katibi Reks Tillerson arasında baş tutmuş ilk görüşdə Rusiya ilə münasibətlər daxil olmaqla, bir çox məsələlər müzakirə olunub.  APA-nın xəbərinə görə, bu barədə F.Mogerinin mətbuat xidmətinin məlumatında bildirilir.

 

“Onlar transatlantik əlaqələr, terrorla birgə mübarizə, Avropada təhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlər, Rusiya ilə münasibətlər, İranın nüvə proqramına dair razılaşma, habelə Ukrayna və Suriyadakı münaqişələr daxil olmaqla, dünyadakı əsas böhranları müzakirə ediblər”, - deyə məlumatda bildirilir.  

 

Vaşinqtonda səfərdə olan F.Mogerini konqresmenlər, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Makl Flinn və böyük müşavir Cared Kuşnerlə görüşəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Oxşar yazılar