Tiflisdə etirazçılar aclıq askiyasına başladılar
24 iyun 2019 11:37 (UTC +04:00)

Tiflisdə etirazçılar aclıq askiyasına başladılar

Tiflisdə etirazçılar aclıq aksiyasına başlayıblar.
 
APA-nın yerli bürosu xəbər verir ki, parlament binasının qarşısında çadır quran üç aksiyaçı tələbləri qəbul edilməyəcəyi təqdirdə aclıq aksiyasına davam edəcəklərini bildiriblər.
 
Aksiyaçılar Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını, iyunun 20-də keçirilən nümayiş zamanı həbs edilənlərin azad edilməsini, aksiyaçılara atəş açan polis əməkdaşlarının cəzalandırılmasını və parlamentə proporsional seçkilərinin keçirilməsini tələb edirlər.
 
Qeyd edək ki,  bu gün saat 14:00-da Tbilisidə yerləşən Birinci Respublika meydanından Daxili İşlər Nazirliyinədək maşınlarla yürüş təşkil ediləcək. Saat 19:00-da isə yenidən parlament binası qarşısında mitinq keçiriləcəyi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740
avatar

Oxşar yazılar