<b>Təyyarədə öldü, meyitini salona uzatdılar</b> - <span style="color:red;">FOTO
12 oktyabr 2016 12:39 (UTC +04:00)

Təyyarədə öldü, meyitini salona uzatdılar - FOTO

 

Rusiyanın "Azur" Hava Yolları şirkətinin Antalya-Moskva reysində sərnişinlərdən biri dünyasını dəyişib.

 

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, 50 yaşlı qadın təyyarə havaya qalxdıqdan 45 dəqiqə sonra ölüb. Qadının cəsədi təyyarə Rusiyaya enənə kimi dəhlizdə saxlanılıb. Qadının şəkər xəstəsi olduğu və insulin dərmanını baqaja verdiyi deyilir.

 

Ölən qadının əri xanımının bir saat əvvəl insulin qəbul etdiyini və vəziyyətinin ağırlaşacağını təxmin etmədiklərini deyib.

 

Onu da qeyd edək ki, bəzi hava yolları şirkətlərində təyyarədə ölən şəxsin boş oturacağa qoyulmasını təlimat verir. Bəzi təyyarələrdə isə “meyit şkafı” var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307
avatar

Oxşar yazılar