Terrorçular İstanbulda məktəbə basqın edib: <span style="color:red;">şagirdlər girov götürülüb
06 oktyabr 2015 16:42 (UTC +04:00)

Terrorçular İstanbulda məktəbə basqın edib: şagirdlər girov götürülüb

Bu gün İstanbulda bir qrup terrorçu məktəbə basqın edib. Lent.az sabah.com.tr-yə istinadən xəbər verir ki, İstanbulun Sultanqazi rayonunun Qazi məhəlləsində yerləşən yerləşən məktəbə soxulan MLKP (Marksist Leninist Komünist partiyası) üzvü olan silahlılar bir qrup şagirdi girov götürüb.

 

Şair Abay liseyindəki sinif otaqlarının birində məktəbliləri girov saxlayan terrorçular otağın pəncərələrindən plakatlar asıblar.

 

Qeyd edək ki, məlum terror aktını törədən MLKP təşkilatının üzvləri arasında Türkiyədə kürdlərin formalaşdırdığı HDP partiyasının həmsədri Figen Yüksekdağ da var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157

Oxşar yazılar