Terror aktları hazırlamaqda şübhəli bilinən şəxs öldürüldü
11 fevral 2017 05:47 (UTC +04:00)

Terror aktları hazırlamaqda şübhəli bilinən şəxs öldürüldü

0

Fransada terror aktları hazırlamaqda şübhəli bilinən İŞİD üzvü Rəşid Kassim beynəlxalq koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəricəsində məhv edilib.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Adrian Renkin-Qellovey bəyan edib.

 

“Onun ölümü hələ təsdiqlənməyib. Hazırda biz İraqın Mosul şəhəri ətrafında endirilən hava zərbələrinin nəticələrini qiymətləndiririk. Bundan sonra mətbuata ətraflı məlumat veriləcək. Lakin çox böyük ehtimalla deyə bilərəm ki, Rəşid Kassim öldürülüb”, deyə Pentaqon rəsmisi bildirib.

 

Fransa vətəndaşı olan Rəşid Kassim 2016-cı ildə Normandiya əyalətində keşişin ölümünü təşkil etməkdə və ölkə ərazisində terror aktları hazırlamaqda şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar