Telman İsmayılovdan 150 mlrd. tələb edirlər
10 fevral 2017 02:09 (UTC +04:00)

Telman İsmayılovdan 150 mlrd. tələb edirlər

0

Kreditorlar  azərbaycanlı iş adamı, Moskvadakı Çerkizov bazarının sabiq sahibi Telman İsmayılovdan 150 mlrd. rubl tələb edirlər. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Arbitraj məhkəməsi ötən gün qeyd olunan iş üzrə dinləmələrə başlayıb.  

 

Məlumata görə, Çerkizov bazarının  2009-cu ildə bağlanmasına baxmayaraq, T.İsmayılov kreditorlarla hələ də  hesablaşmayıb. Onlar iş adamından 150 mlrd. rubl tələb etsələr də, indiyədək ümumi məbləği təxminən 27,8 mlrd. rubl təşkil edən iddialar baxılaraq, kreditorlar reyestrinə daxil edilib.   

 

OTR-in məlumatına görə, borcluya məxsus aktivlərin ümumi dəyəri təxminən 618 mln. rubl təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar