Tələbələrə hücum edən azərbaycanlı saxlanıldı
22 fevral 2016 10:22 (UTC +04:00)

Tələbələrə hücum edən azərbaycanlı saxlanıldı

Rusiyanın Tomsk şəhərində tələbələrə qarşı quldurluq edən azərbaycanlı saxlanılıb. Lent.az-ın tvtomsk.ru-ya istinadən məlumatına görə, uzun illərdir Tomskda yaşayan 35 yaşlı Azərbaycan vətəndaşı şəhərin Lenin rayonunda yerləşən mənzillərin birinə hücum edib. Əlindəki bıçaqla tələbələri hədələyən azərbaycanlı mənzildən 3 noutbuk, 4 telefon və 200 dollar aparsa da, uzağa gedə bilməyib.  Bir neçə saat sonra Tomsk dəmiryolu vağzalında saxlanılan azərbaycanlını indi 12 ilədək həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299

Oxşar yazılar