Tehran hakimiyyəti “Qurtuluş” sözündən qorxur
16 iyul 2014 21:23 (UTC +04:00)

Tehran hakimiyyəti “Qurtuluş” sözündən qorxur

Güney Azərbaycanın, Şərqi Azərbaycan əyalətinin Nadarlı kəndində bir qrup gənc  yaratdıqları futbol komandasına “Qurtuluş” adını verib.

 

Lent.az-ın  “Oyannews.com”-a istinadən məlumatına görə, Tehran hakimiyyəti  buna qarşı çıxıb. ETTELAAT məsələyə müdaxilə edib.

 

“Qurtuluş”un oyunçuları “Ramazan kuboku” uğrunda keçirilən futbol yarışına üzərində Azərbaycan türkcəsində “Qurtuluş” yazılmış geyimdə çıxıblar. Bu, komandanın təşkilatçılarından olan Nadarlı kənd sakini Mürtəza Nurməhəmmədinin həbsi ilə nəticələnib.

 

ETTELAAT-ın Şəbüstər rayonu şöbəsinin əməkdaşları (Nadarlı kəndi bu rayonuda yerləşir) iyulun 14-də Murtuza Nurməhəmmədini tutaraq şöbəyə aparıblar.

 

Mürtəza Nurməhəmmədi şöbədə dindirilib, ondan üzərində “Qurtuluş” sözü yazılmış köynəklərdən bir daha istifadə etməyəcəkləri barədə yazılı iltizam alınıb.

 

Bir sutka şöbədə saxlandıqdan sonra Mürtəza Nurməhəmmədi iyulun 15-də sərbəst buraxılıb. Onun dindirilərkən psixi təzyiqlərə məruz qoyulduğu, təhdid edildiyi bildirilir.

 

Xatırladaq ki, panfarsizm İranda hakimiyyətə gətirildikdən bəri, Rza şah Pəhləvinin dövründən başlayaraq, Azərbaycan türkcəsində olan bütün adlar yasaqlanıb. Türkcə yer adları farslaşdırılıb, valideynlərin övladlarına türkcə ad qoymasına icazə verilmir və s.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38