Bu gün gündəmdə olan açar sözlərdən biri “öpüşmək”dir. Biz də oxucuların marağına səbəb olacaq və tarixə düşən öpüşmələr haqda məlumat hazırladıq.
Lent.az “Milliyyət”ə istinadən tarixə düşən öpüşlərin tarixçəsi və fotolarını təqdim edir.
“Life” jurnalının 2-ci nömrəsinin möhtəşəm üz qapağı
Dünya müharibəsinin bitdiyi xəbərini eşidən və bunu Nyu Yorkda Fəvvarələr Meydanında bir tibb bacısını öpərək qeyd edən Qlenn McDuffie adlı dənizçi həmin il "Life" jurnalının ikinci seriyasının üz qapağı olmuşdu. Jurnalın əməkdaşları illər sonra həmin dənizçini taparaq eyni geyimdə və eyni məkanda fotolarını çəkmişdi, amma bu dəfə tibb bacısız.
Dünyanın izlədiyi öpüş
Şahzadə Diana və şahzadə Çarlzın bir-birlərinə ən yaxın olduqları an bu öpüşmə anı idi. Cütlük ondan sonra heç vaxt bir yerdə bu qədər səmimi və çox yaxın vəziyyətdə görüntülənməyib.
Az qala siyasi böhran yaradırdı
Məşhur aktyor Riçard Qir İngiltərədə yayımlanan talk-şoulardan birinin hind əsilli qalibi Şilpa Şettini elə öpüb ki, bütün Hindistan ayağa qalxıb. Hətta Hindistan məhkəməsi aktyor haqqında həbs qərarı da çıxarıb. Nəticədə Qir üzr istəmək məcburiyyətində qalıb.
Ərəfat və Xomeyninin öpüşü
Fələstinin mərhum lideri Yaser Ərəfat ilə Əyatullah Xomeyni öpüşərkən.
“Oskar” sərxoşu olub
Rol aldığı "Pianoçu” filminə görə “Ən yaxşı kişi aktyor” adını qazanan və “Oskar" ilə mükafatlandırılan Adrian Brodi mükafatı təqdim edən Holl Berrini qəfildən öpüb.
Bu səhnə unudulmadı
2003-cü ildə MTV musiqi yarışmasında Madonnanın Britni Spersi dodaqlarından öpməsi hər kəsi təəccübləndirmişdi və uzun müddət müzakirə edilmişdi.
Brejnevin dodaqları danışarsa...
Tarixdə dodaqdan-dodağa öpüşmə deyincə ilk ağıla gələn SSRİ-nin lideri Leonid İliş Brejnevdi.
Keçəlindən öpdü
ABŞ keçmiş prezidenti ikinci Buşdan sevgilərlə...
Sevgi, sevgi, sevgi
Yoko Ono ilə Con Lennonun sevgisini ən yaxşı ifadə edən foto. Xəbərsiz çəkilib.