Şirkət rəhbəri bir gecəyə 6,5 milyard dollar qazandı
03 fevral 2018 05:24 (UTC +04:00)

Şirkət rəhbəri bir gecəyə 6,5 milyard dollar qazandı

0

“Amazon” şirkətinin qurucusu və əsas səhmdarı Ceff Bezos bir gecəyə 6,5 milyard dollar qazanıb.

 

Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, buna səbəb onun şirkətinin səhmlərinin fevralın 1-də axşam sessiyasında 6,2 faiz qalxması olub.

 

Məlumata görə, onun aktivlərin ümumi məbləği 123 milyard dollar yüksəlib ki, bu da dünyanın ən valı adamlarının siyahısında ikinci yerdə olan Bill Qeytsin sərvətindən 30 milyard dollar çoxdur. Bu il Bezos üçün son dərəcə uğurlu başlayıb. O, yalnız yanvar ayında 17,4 milyard dollar qazanıb. “Amazon”nun səhmləri son ayda 19 faiz yüksəlib.

 

Bezos yanvarda tarixin ən varlı adamı olub. Onun varidatı 105 milyard dollar çoxalıb. Bezos “Amazon”u 1994-cü ildə yaradıb, 2016-cı ildə şirkətin dövriyyəsi 136 milyard dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar