Şimali Koreyaya məxsus yük gəmisi Yaponiyanın Naqasaki prefekturası yaxınlığında qəzaya uğrayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Fukuye adası yaxınlığında batan gəminin göyərtəsində 26 nəfər olub.
Onların hamisi Yaponiya sahil mühafizəçiləri tərəfindən xilas ediliblər. Qəzanın səbəbləri hələ ki, məlum deyil. Məlumata görə, qəzaya uğrayan gəmi düyü məhsulları daşıyırmış.