Şimali Koreya ABŞ-ı ölkəyə hücum hazırlamaqda ittiham edərək, nüvə zərbəsi endirəcəyi ilə hədələyib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu KXDR-in yüksək vəzifəli məmurlardan biri “Renhap” agentliyinı bildirib.
“ABŞ-ın KXDR-ə hücum etmək cəhdləri getdikcə daha şiddətli olur”, deyə məmur bildirib.
Onun sözlərinə görə, qabaqlayıcı nüvə zərbəsi endirmək hüququ tək ABŞ-a məxsus deyil.
Şimali Koreyanın bu cür bəyanatla çıxış etməsinə səbəb ABŞ-ın Sakit okean rayonuna “B-1B Lancer” tipli strateji bombardmançı təyyarələrinin göndərməsi olub. Buna cavab olaraq KXDR ABŞ-ı ölkəyə nüvə zərbəsi hazırlamaqda ittiham edib.